PREZİDENTİN FƏRDİ TƏQAÜDÜNÜN MƏBLƏĞİ 1500 MANAT MÜƏYYƏN EDİLİB

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılıb. ması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 manat müəyyən edilir.

İndiyə qədər bu məbləğ 1450 manat idi.