ISESCO “QADIN İLİ” ÇƏRÇİVƏSİNDƏ İLK AÇILIŞ TƏDBİRİNİ KEÇİRƏCƏK

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO) 2021-ci ili İslam aləmində “Qadın İli” elan edib. Bu münasibətlə martın 11-də İslam ölkələrinin birinci xanımları, şahzadələr və nazirlərin iştirakı ilə “Qadınlar gələcək naminə” şüarı altında keçiriləcək tədbirlərin virtual açılış mərasimi olacaq.

ICESCO-nun mənzil qərargahından bildiriblər ki, “Qadınlar gələcəyin ilhamverici rəmzi” mövzusunda keçiriləcək açılış mərasimində və davam edəcək üç panel iclasında zərif cinsin nümayəndələrinin cəmiyyətin inkişafında, elm və təhsildə rolunun artırılması, gənc qızların təhsili və cəmiyyət həyatının müxtəlif sahələrində layiqli yerlərini tutmaları üçün yeni layihələrin həyata keçirilməsi müzakirə ediləcək.

Bütün bu məsələlər tədbirin yekununa dair qəbul ediləcək Bəyannamədə öz əksini tapacaq.