Təssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
“Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı və xüsusilə, Vətən müharibəsindən nəticə çıxarmayıb. Hazırda vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Təssüf ki, bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə o əlavə eidb.