
Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının qalibi olub.
Slovakiyanın Koşitse şəhərində keçirilən mundialın həlledici qarşılaşmasında Rumıniya komandasını 1-0 hesabı ilə üstələyən millimiz Avropa çempionu adını qazanıb.
Görüşdə yeganə qolu oyunun 25-ci dəqiqəsində Seymur Məmmədov vurub.
