
Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində həlak olması barədə məlumat daxil olub.
Ağdam prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən həlak olması müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
