“FERRARİ” PİLOTU FORMULA 1 ÜZRƏ AVSTRALİYA QRAN-PRİSİNİN QALİBİ OLUB

“Ferrari” pilotu Şarl Lekler Formula 1 üzrə dünya çempionatının üçüncü mərhələsi olan Avstraliya Qran-Prisinin qalibi olub.

Lekler həmçinin 1 dəqiqə 20,260 saniyə nəticə ilə yarışda ən sürətli dövrəni qət edən pilot adını qazanıb. İkinci yeri “Red Bull” komandasının pilotu Serxio Peres (+20,524 saniyə), üçüncü yeri isə “Mercedes” komandasının təmsilçisi Corc Rassel (+25,593) tutub.

Turnir cədvəlində Lekler 71 xalla liderliyini davam etdirir. Rassel ümumi sıralamada Avstraliya Qran-Prisini texniki nasazlıq səbəbindən başa vura bilməyən Ferstappen və Saynzı qabaqlayaraq ikinci pilləyə yüksəlib (37 xal). Üçüncü yeri Peres (30) tutur.

Çempionatın növbəti mərhələsi olan Emiliya-Romanya Qran-Prisi aprelin 22-24-də İtaliyada keçiriləcək.