Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazir bildirib ki, yoluxma sayları kəskin azalmaqdadır. O qeyd edib ki, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur.
“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbirli olmağa çağırıram. 2 ildən artıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”, – deyə nazir bildirib.