Almaniyanın “dpa” xəbər agentliyində “Ermənistan və Azərbaycan sülh müqaviləsi bağlamaq istəyir” sərlövhəli məqalə dərc olunub.
Məqalədə Cənubi Qafqazın 2 respublikası – Ermənistan və Azərbaycanın Avropa İttifaqı (Aİ) vasitəçiliyi ilə sülh müqaviləsi üzrə danışıqlar aparmağa dair razılığa gəldiyi qeyd edilib.
“Sülh müqaviləsinin hazırlanması məqsədilə danışıqlar aparılması üçün birgə qərara gəldik”, – deyə Aİ Şurasının sədri Şarl Mişel bildirib. Aİ Şurasının sədri, həmçinin qeyd edib ki, tərəflərin razılığa gəlməsi düzgün istiqamətdə atılmış mühüm addımdır.
Məqalədə diqqətə çatdırılır ki, rəsmi Kreml tərəflərin sülh müqaviləsinə nail olmaq səylərini alqışlayıb. Qeyd edilir ki, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağı işğaldan azad edib. Atəşkəs rejiminə Rusiya sülhməramlıları nəzarət edir.