TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİ PARTLAYIŞLA BAĞLI AZƏRBAYCANA BAŞSAĞLIĞI VERİB

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

“Bakıda bu gecə baş verən partlayış nəticəsində ölənlərin və yaralıların olduğunu üzüntü ilə öyrəndik. Azərbaycandakı qardaşlarımızın acısını paylaşırıq, həyatını itirənlərə rəhmət, ailələrinə başsağlığı və səbir, yaralılara tezliklə şəfa tapmağı diləyirik”, – deyə nazirlik bildirib.