SABİHA GÖKÇEN AEROPORTUNDA TƏYYARƏLƏRİN GƏLİŞ-GEDİŞİNƏ MÜVƏQQƏTİ MƏHDUDİYYƏTLƏR TƏTBİQ EDİB

Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

AZAL-dan verilən məlumata görə, bu səbəbdən “Buta Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa beynəlxalq hava limanında (ESB) enməyə qərar verib.

Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.

Sabiha Gökçen aeroportu icazə verəcəyi təqdirdə təyyarə İstanbula yola düşəcək.