BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA BÖYÜK BRİTANİYA BAŞ NAZİRİNİN AZƏRBAYCAN ÜZRƏ TİCARƏT ELÇİSİ İLƏ GÖRÜŞÜB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 10-da Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Əvvəlcə birgə foto çəkdirilib.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğu məmnunluqla vurğulanıb.

Sonra ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.