Rusiya hökuməti ölkəni tərk edən xarici şirkətlərin əmlakını milliləşdirəcək.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, Rusiya hökuməti insanların işsiz qalmaması üçün ölkədən getmiş xarici şirkətlərin müflisləşməsi prosedurunu işə salacaq və onların əmlakı əsasında yeni müəssisələr yaradacaq.