Biz Ukraynada axan qanı, göz yaşını və dağıntıları ən qısa zamanda dayandırmaq üçün səy göstəririk.
Bunu üçtərəfli görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyə problemlərin diplomatiya yolu ilə həll edilməli olduğunu iddia edir.
“Biz bilirik ki, belə müharibələrdə qalib olmayacaq. Vurğulayırıq ki, bu müharibə davam edərsə, məğlub olanlar ilk növbədə günahsız mülki insanlardır. Bundan hamı, xüsusən də region ölkələri əziyyət çəkib, hamı əziyyət çəkir.
Hər iki tərəf xüsusi olaraq Türkiyənin də görüşdə olmasını istəyirdi. Bunu əvvəllər izah etmişəm. Biz bu görüşdə Türkiyənin milli mövqeyini qoruyub saxlamaqla yanaşı, yardımçı rol oynadıq. Biz hər iki tərəfin xahişi ilə təkcə ev sahibliyi deyil, asanlaşdırıcı rol aldıq”, – deyə o bildirib.