MÖVLUD ÇAVUŞOĞLU: ÜMİDİMİZ BÖLGƏMİZDƏ SÜLHÜ BƏRPA ETMƏKDİR

Ən çox sülhə ehtiyacın olduğu bu zamanda rusiyalı və ukraynalı həmkarlarım Lavrov və Kuleba ilə üçlü formatda görüşdük.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında bildirib.

O qeyd edib ki, ümidimiz bölgəmizdə sülhü bərpa etməkdir.

“Biz Rusiya ilə Ukrayna arasında diplomatiyanın işləməsi üçün səylərimizi davam etdirəcəyik”, – deyə əlavə edib.