İRANIN YOL VƏ ŞƏHƏRSALMA NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİ BAŞLAYIB

İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb.

Səfər çərçivəsində R.Qasiminin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək, Culfa sərhəd terminalı, Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olacaq.

İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək. Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd imzalanacaq.