Avropa İttifaqına (Aİ) üzv ölkələrin bu qış fəsli üçün Rusiya təbii qazına ehtiyacı yoxdur.
Bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib.
O, Aİ-nin kifayət qədər LNG ehtiyatına malik olduğunu və qışın sonuna qədər Rusiyanın idxalından asılı olmayacağını qeyd edib.
Ursula Fon der Lyayen Rusiyaya tətbiq edilən sanksiyaların rəsmi Moskvaya maksimum, Qərb iqtisadiyyatlarına isə mümkün qədər az təsir etmək üçün hazırlandığını bildirib.