Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin məlumatında qeyd olunub ki, Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin olunması və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.