Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynadıkı vəziyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiq edib. Görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda baş tutacaq.