Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan təxliyə edilən vətəndaşlara qayıdış şəhadətnamələrinin rəsmiləşdirilməsinə dair məlumat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcək.