Fevralın 24-də Rusiyanın Odessa vilayətində hərbi hissəyə endirdiyi aviasiya zərbələri nəticəsində 18 nəfər həlak olub.
Ukrinform agentliyi xəbər verir ki, bu barədə Odessa vilayəti Administrasiyasının mətbuat xidməti özünün feysbuk səhifəsində məlumat yayıb.
Məlumata görə, həlak olanların 8-i kişi, 10-u isə qadındır. Dağıntılar altından çıxarılan 6 nəfər Podolsk şəhər xəstəxanasına yerləşdirilib. Onlardan 1-i xəstəxanada ölüb.