TÜRKİYƏ VƏ UKRAYNA MÜDAFİƏ NAZİRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksey Reznikov arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən iki ölkə müdafiə nazirlərinin danışığı zamanı Ukraynadakı son hadisələr müzakirə olunub.