XİN İŞƏ QƏBUL İMTAHANININ İLK MƏRHƏLƏSİNİ KEÇƏNLƏRƏ MÜRACİƏT EDİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.

Bu barədə nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.

Məlumatda qeyd edilib ki, 2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.

“İştirakla bağlı əlavə məlumat namizədlərin şəxsi kabinetlərində yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu – aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, – deyə əlavə olunub.