BAKI METROSUNDA SÜNİ İNTELLEKT ƏSASLI NƏZARƏT SİSTEMİ YARADILIB

Artıq süni intellekt əsaslı nəzarət sistemi qaydalara zidd halları dərhal müəyyən edir və güvənli mühiti daha da gücləndirir.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

“Amma unutmayın: ən güclü qoruyucu sizin diqqətinizdir. Qaydalara əməl etməyiniz və ətrafınıza həssas yanaşmağınız hər kəs üçün daha təhlükəsiz mühit yaradır. Biz müasir texnologiyalarla sizi qoruyuruq, siz isə diqqətinizlə bu sistemin bir hissəsinə çevrilirsiniz”,- deyə qurumdan əlavə edilib.