MÜHƏNDİS-İSTEHKAM BÖLMƏLƏRİNDƏ PRAKTİKİ MƏŞĞƏLƏLƏR KEÇİRİLİR

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir.

Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.