BAYDEN NATO ÖLKƏLƏRİ LİDERLƏRİ İLƏ UKRAYNA İLƏ BAĞLI DANIŞIQLAR APARACAQ

ABŞ prezidenti Co Bayden bu gün Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya liderləri, Avropa İttifaqı və NATO rəhbərliyi ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparacaq.

Bu barədə Kanada baş naziri Castin Trüdonun mətbuat xidməti bildirib.

Telekonfransın başlama vaxtı dəqiqləşdirilməyib.