Aİ VƏ DÜNYA BANKI ARASINDA AZƏRBAYCANA QRANTLA BAĞLI SAZİŞ İMZALANACAQ

Fevralın 16-da Bakıda Avropa İttifaqı və Dünya Bankı arasında qrant sazişi imzalanacaq.

Bu barədə Dünya Bankının Bakı ofisindən bildiriblər.

Mənbənin məlumatına əsasən, sənəd bir sıra istiqamətlər üzrə Azərbaycan hökumətinə texniki köməyin göstərilməsini nəzərdə tutur.

“Sənədi Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko imzalayacaq. Sazişin etibarlılıq müddəti üç il, məbləği 5,25 milyon dollar təşkil edir” – deyə Dünya Bankının Bakı ofisindən bildiriblər

Qeyd olunur ki, həmin sənəddə Aİ-nin Azərbaycandakı dörd prioritet fəaliyyət istiqaməti və Azərbaycanın beş milli prioriteti əks olunub.