ŞUŞA BƏYANNAMƏSİNİN TƏSDİQ OLUNMASI HAQQINDA QANUN RƏSMİ QÜVVƏYƏ MİNİB

Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun “Resmi Gazete”-də öz əksini tapıb.

Qanuna əsasən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edilir.

Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunu 2022-ci il 12 fevral tarixində imzalayıb.