NAZİR MÜAVİNİ: TƏHRİF OLUNMUŞ XƏRİTƏLƏRLƏ BAĞLI TƏDBİRLƏR PLANI HAZIRLANIB

Təhrif olunmuş xəritələrlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.

O qeyd edib ki, bununla bağlı yaxın vaxtlarda ictimaiyyətə geniş məlumat veriləcək.