CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 94,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,49 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 89,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 92,86 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.