BİTKOİNİN QİYMƏTİ SON BEŞ AYDA ƏN AŞAĞI SƏVİYYƏYƏ DÜŞÜB

Bitkoinin qiyməti 39 min dollardan aşağı düşüb.

Bu “CoinGecko”nun məlumatlarında əks olunub.

Qeyd olunur ki, bu 2021-ci ilin avqustundan etibarən ən aşağı qiymətdir. Hazırda bitkoinin dəyəri 38 178 dollardır. Noyabrın əvvəlindən bütövlükdə rəqəmsal tokenlərin dəyəri bir trilyon dollar azalıb ki, bu da ABŞ-da pul siyasətinin gözlənilən sərtləşdirilməsi fonunda baş verir.

Xarici KİV-lərin məlumatına görə, bitkoin son vaxtlar texnoloji şirkətlərin səhmlərinin qiymətlərindən asılı vəziyyətdədir.