Rusiya Azərbaycanla Ermənistan arasında sərhəddə vəziyyətin tənzimlənməsi üçün ardıcıl səylər göstərir. Təəssüf ki, orada bəzən silahlı insidentlər baş verir, insan itkisi qeydə alınır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası üzrə ikitərəfli komissiyanı tezliklə formalaşdırmaq və işə salmaq lazımdır. Biz bu prosesdə Bakı və Yerevana məsləhət köməyi göstərməyə hazırıq. Hesab edirik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması prosesinə qoşulmaq istəyən iştirakçılar tərəflərin maraqlarını rəhbər tutmalı və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarını nəzərə almalıdır”, – XİN-in bəyanatında deyilir.