UEFA ÇEMPİONLAR LİQASININ 2021/2022-Cİ İL MÖVSÜMÜNÜN FİNAL OYUNU ÜÇÜN BİLETLƏRİN QİYMƏTİ MƏLUM OLUB

UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün final oyunu üçün biletlərin qiyməti məlum olub.
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək həlledici görüşə birinci kateqoriya biletlər 690, ikinci kateqoriya 490, üçüncü kateqoriya isə 90 avroya satışa çıxarılıb.
İçkilər və yeməklər daxil olmaqla, qonaqpərvərlik zonası girişi üçün biletlərin qiyməti 1390 avro olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də “Qazprom Arena”da gerçəkləşəcək.