GÜRCÜSTAN KİV-LƏRİ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA SƏFƏRİNDƏN YAZIR

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ukraynaya səfəri və söylədiyi fikirlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.
“24news.ge”, “interpress.ge”, “kavkasiya.net”, “interpressnews.ge” informasiya portalları Azərbaycan Prezidentinin Ukraynaya səfərindən xəbərlər hazırlayaraq yayıblar.
Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlərdə Azərbaycan Prezidentinin regional təhlükəsizlik, regional əməkdaşlıq, eləcə də Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığının inkişafı barədə fikirləri əksini tapıb.
Qeyd edək ki, “interpress.ge” portalı Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdəki görüşünün tam mətnini oxuculara təqdim edib.