SƏYYAD SALAHLI “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLİB

Prezident İlham Əliyev S.A.Salahlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səyyad Adil oğlu Salahlı “Şöhrət” ordeni ilə təltif edilir.