TÜRKİYƏ ORDUSU 3 ŞƏHİDİNİN QİSASINI ALIB, 12 TERRORÇU MƏHV EDİLİB

Türkiyə Silahlı Qüvvələri Akçakale sərhəd xəttində PKK terrorçularına qarşı əməliyyat keçirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, 3 hərbi qulluqçunun şəhid olduğundan sonra atəş dəstək qrupları PKK/YPG terrorçularının mövqelərinə aramsız zərbələr endirib. İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib.

Əməliyyatların davam etdiyi vurğulanır.