BAŞ NAZİR ƏLİ ƏSƏDOV VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN VİTSE-PREZİDENTİ FUAD OKTAY TELEFONLA DANIŞIBLAR

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.