ÜST: ÖTƏN HƏFTƏ COVİD-19 INFEKSİYASINA YOLUXMA HALLARININ SAYINDA REKORD ARTIM OLUB

Yeni koronavirusa yoluxmuş Yer kürəsi sakinlərinin ümumi sayı 78 milyon nəfəri ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə pandemiyanın başladığı dövrdən indiyədək ən pis həftə hesab edilib – yeddi gün ərzində 4.600.000-dən çox testin nəticəsi müsbət olub.

Cons Hopkins Universitetinin məlumatına görə, bu gün, dekabrın 23-nə bu rəqəm 78.018.199 nəfərə bərabərdir.