ANAR EYVAZOV: VƏTƏN MÜHARİBƏSİNDƏ SƏRF OLUNMUŞ RAKET VƏ DÖYÜŞ SURSATLARININ ƏVƏZİNƏ YENİLƏRİ ALINIB

Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.

Bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

Rəis müavini deyib ki, Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilməsi ilə bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkil edilməsi, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb. Bir sıra obyektlərin inşası hazırda davam etdirilir.