BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA PREZİDENT İLHAM ƏLİYEV İLƏ ŞUŞAYA SƏFƏRDƏN GÖRÜNTÜLƏR PAYLAŞIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabr 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Prezident İlham Əliyev ilə Şuşaya səfərdən görüntülər paylaşıb.

Paylaşımda deyilir: “Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asif”.