PREZİDENT İLHAM ƏLİYEVİN SOÇİYƏ SƏFƏRİ ESTONİYA MƏTBUATININ DA DİQQƏT MƏRKƏZİNDƏ OLUB

Estoniyanın “ERR” və “Postimees” xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfərini və orada keçirilən görüşlərlə bağlı geniş informasiyalar yayıblar.

Yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildiyi, sonra isə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli danışıqlar apardıqları qeyd olunur.

Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə yaxşı qonşuluq münasibətləri qurmaq təkliflərinə diqqət çəkilir.

Üç ölkənin liderlərinin Soçidəki görüşündə sərhədlərin demarkasiyası məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılır.

Yazılarda, həmçinin münaqişənin tarixi barədə ətraflı məlumat verilir.