ƏLİ ƏSƏDOV RUSİYALI HƏMKARINA BAŞSAĞLIĞI VERİB

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 52 nəfər ölüb, 57 nəfər xəsarət alıb.