BORİS CONSON: BÖYÜK BRİTANİYA AZƏRBAYCANIN ETİBARLI TƏRƏFDAŞI OLARAQ QALACAQ

Böyük Britaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq.

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanlanmış müraciətində deyilir.

Müraciət Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Filipp Barklay tərəfindən səsləndirilib.

Baş nazirin müraciətində qeyd olunur ki, gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq:

“Birləşmiş Krallıqla Azərbaycan arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Böyük Britaniya Cənubi Qafqazda təhlükəsizliyin tərəfdarıdır. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi üzrə iri proqram reallaşdırır. Hesab edirəm ki, regionda piyadalar əleyhinə minalar üzrə Ottava Konvensiyasını reallaşdırmaq vacibdir”.