Bu gün səhər saatlarında Cənubi Sudanın paytaxtındakı Cuba beynəlxalq aeroportundan havaya qalxan An-26 yük təyyarəsi qəzaya uğrayıb.
Assosiated Press agentliyi xəbər verir ki, aeroportun direktoru Kur Kuolun sözlərinə görə, qəza nəticəsində pilot və ekipaj üzvləri daxil beş nəfər həlak olub. Ölənlərin ikisinin rusiyalı, üçünün isə Sudan vətəndaşı olduğu bildirilir. Ölənlərin ikisinin rusiyalının, üçünün isə Sudan vətəndaşı olduğu bildirilir.
İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib. Aviaqəza ilə bağlı təhqiqata başlanılıb.