AZƏRBAYCAN CÜDO FEDERASİYASININ PREZİDENTİ POSTUNDA RÖVNƏQ ABDULLAYEVİ RƏŞAD NƏBİYEV ƏVƏZLƏYİB

Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.

Bu barədə qərar federasiyanın bu gün keçirilən növbədənkənar konfransında qəbul edilib.

Rəşad Nəbiyev növbəti 4 il ərzində quruma rəhbərlik edəcək.