İndi Cənubi Qafqazda müsbət addımlar atılır və Azərbaycan Prezidenti İlham Əliyev bu addımları qətiyyətli şəkildə davam etdirmək istəyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
R.T.Ərdoğan bildirib ki, bu məsələni Fransa prezidenti Emmanuel Makronla müzakirə edib: “Görüş zamanı “altılıq” plaformasının yaradılması da gündəmə gəlib. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan bu formatda yer ala bilər. Əgər onlar bu təklifi qəbul etsə, orada bir sülh platforması yaratmış olacağıq”.