HƏRBİ TƏLİM TOPLANIŞINA CƏLB EDİLƏN HƏRBİ VƏZİFƏLİLƏR PRAKTİKİ ATIŞLAR YERİNƏ YETİRİBLƏR

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.

Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.