CEYHUN BAYRAMOV MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“30 il bundan öncə, 18 Oktyabr tarixində, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm.

Yaşasın müstəqil Azərbaycan!”