
Həlak olmuş azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İnsan itkisi hər zaman faciədir və onların ailələri, yaxınları üçün böyük kədərdir.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində Azov dənizində baş vermiş insidenti şərh edərkən bildirib.
Qaluzinin sözlərinə görə, “Qara dəniz və hətta Aralıq dənizi akvatoriyalarında mülki gəmilərə hava və dəniz dronları ilə hücum edənlərin kim olduğunu yaxşı bilirik”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində yük gəmilərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğunu təsdiqləyib.
