ALEKSANDAR VUÇİÇ AZƏRBAYCAN PREZİDENTİNİN LİDERLİYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

Mən Bakıya gələndə böyük dəyişikliklər və tərəqqini görürəm – buna azərbaycan xalqı və Prezident İlham Əliyev nail olub.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən WUF13 çərçivəsində liderlərin bəyanatı zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın uğurları Prezident İlham Əliyevin zəkası, öz xalqına və ölkəsinə olan bağlılığı və sədaqəti ilə əlaqədardır.

Aleksandar Vuçiç qeyd edib ki, Bakı dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib. Onun sözlərinə görə, Bakı ənənələri və innovasiyaları özündə birləşdirən, dayanıqlı şəhərsalma və inklüziv idarəetmənin imkanlarını nümayiş etdirən şəhər nümunəsidir.

“Bakı müasir dünyanın ən yaxşı şəhərlərindən biridir. Onun uğuru göstərir ki, dayanıqlı inkişaf və inklüziv idarəetmənin prioritetləşdirilməsi mümkündür”, – deyə Serbiya Prezidenti vurğulayıb.