ŞUŞA VƏ TRABZON ŞƏHƏRLƏRİ ARASINDA QARDAŞLAŞMA PROTOKOLU İMZALANACAQ

Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşacaq.

Bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib.

O bildirib ki, “qardaşlaşmış şəhər” statusuna dair protokol mayın 19-da imzalanacaq.